Reklam Hazırlayan

reklam informasiyasını tam və ya qismən yayımlanmaq formasında hazırlamağı həyata keçirən fiziki və ya hüquqi şəxsdir.
Reklam Daşıyıcısı
Reklam Xərcləri
OBASTAN VİKİ
Reklam
Reklam — insanların hər hansı bir məhsulu almağına, xidmətdən istifadə etməyinə və ya hər hansı bir siyasi namizədi və ya onun ideyasını dəstəkləməsinə təsir etməkdə istifadə olunan məlumatlandırma vasitəsi. Reklam qəzet, websaytlar, radio, bilbord və s. kimi vasitələrlə ötürülə bilər. Bir qayda olaraq reklam məhsulun və ya xidmətin adı və bu məhsul və ya xidmətin alıcıya necə faydalı olacağı barədə məlumatları özündə saxlayır. Reklam bir çox hallarda potensial alıcıları hər hansı bir markanın məhsul və ya xidmətlərindən istifadə etməyə inandırmağa cəhd göstərir. Müasir reklam kütləvi istehalın artdığı 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində inkişaf etmişdir. Ticarət məqsədli reklamverənlər öz məhsul və ya xidmətlərinin istehlakını məhsulun təsvirini və ya adını özündə ehtiva etməklə istehlakçının yaddaşında məhsulun müvafiq xüsusiyyətləri ilə brend arasında əlaqə yaratmağa yönəldilmiş brendləşdirmə yolu ilə artırmağa çalışırlar. Reklam məlumatları ənənəvi qəzet, jurnal, radio, televiziya, bilbord kimi vasitələr də daxil olmaqla bir çox müxtəlif informasiya vasitələri ilə çatdırıla bilər. Reklam şirkət və ya təşilat adından reklam agentliyi tərəfindən də yerləşdirilə bilər. Reklama vəsait xərcləyən müxtəlif təşkilatlar yalnız istehlakçılar üçün nəzərdə tutulan mal və ya xidmətləri deyil həm də siyasi partiyaları, dini təşkilatları və dövlət agentliklərini də təbliğ edə bilərlər.
Damüstü reklam qurğuları
Damüstü reklam qurğular — Açıq hava reklamının bir növü. Damüstü reklam, quraşdırıldığı yerə görə (damda), ilkin və ikincidərəcəli auditoriyanı cəlb etmək üçün əvəzedilməz imic konstruksiyasıdır. Bundan əlavə, damüstü qurğu, potensial istifadəçilərə təsir göstərmək üçün yeni imkanlar açır. Bu növ qurğular hətta 10 km uzaqlıqdan belə insanların diqqətini cəlb edir. == Mənbə == Damüstü qurğular.
Turizm sahəsində reklam
Turizm sahəsində reklam - informasiya fəaliyyəti iki səviyyədə həyata keçirilir: a) Dövlət və ya makrosəviyyədə b) Kommersiya strukturları səviyyəsində və ya mikrosəviyyədə Dövlət tənzimlənmə orqanları tərəfindən həyata keçirilir. ÜTT onları ümumiləşdirərək, Milli Turizm Təşkilatları (MTT) adlandırır. Regionların, bələdiyyələrin turizmi idarə edən orqanları və assosiasiyaları da belə təşkilatlar sırasına aid edilir. Makrosəviyyəli reklam əsas məqsədi: ölkənin və ya onun regionların xoş simasını yaratmaq potensial istehlakçıda öz səyahəti üçün çox saylı turist istiqamətləri arasında yalnız bu ölkəni və ya regionu seçməyə həvəs yaratmaqdır. Mikrosəviyyəli və ya kommersiya xarakterli reklamın əsas məqsədi ölkənin xoş simasını yaradan reklamdan fərqli olaraq, alıcını bazarda təklif edilən çoxsaylı məhsullar arasında yalnız konkret məhsul almağa sovq etməkdir. Turizmdə reklam vasitələrinə aşağıdakılar aid edilir: Kütləvi informasiya vasitələri Çap reklam nəşləri Kino və videoreklam Küçə reklamı Reklam suvenirləri Sərgilər, birjalar, yarmarkalar və s.
Ərəb ölkərində reklam
"Reklam araşdırmaları jurnalı"na əsasən ərəb dünyasında reklam üçün baş vasitə televiziyadır. Baxmayaraq ki, keçmişdə hökumətin televiziya izləməsinə qoyduğu məhdudiyyətlər səbəbindən reklam əsasən çap və digər mediada cəmləşmişdir. Jurnalda qeyd olunur ki, bir çox ərəb ölkələrində peyk televiziyasına yüksək tələb və geniş istifadə kommersiyanı aşağı qiymətlərlə təklif edir və bu da televiziyanı əsas marketing alətinə çevirir. Dubai Press Clubun[Press Club] qeydinə görə Ərəb dünyasında onlayn jurnalist xəbərləri alanların sayının çap vasitəsinin alanların sayından getdikcə artması çap reklam bazarını azaltmış və onlayn reklam imkanlarını isə artırmışdır. Lakin, Dubai Press Club eyni zamanda qeyd edir ki, internet hələ Ərəb ölkələrinin hər yerində mümkün deyil. "Business İnsider" əsasən qadınların ümumiyyətlə Ərəb dünyasındakı reklamlarda çəkilməməsi strereotipi yanlışdır. Lakin Qərb ölkələri ilə müqayisədə Ərəb ölkələrinin reklamlarında qadınlar daha az çəkilir. Bununla belə, qadının reklamda çəkilməsi konkret ərəb ölkəsindən və onun nə dərəcədə sosial konservativ olmasında asılıdır. Qeyd etdiyim kimi, sarışın saçlı qızlar Ərəb ölkələrində reklamlarda faktiki olaraq çəkilmir. Nəticədə xırda biznes sahibləri Ərəb dünyasında reklamdan istifaə etməmiş onun müxtəlif ərazilərində individual olaraq əvvəlcədən tədqiqat aparmalıdırlar.
Tokio Reklam Muzeyi
Tokio Reklam Muzeyi (アド・ミュージアム東京, Ado Myuciamu Tokyo) – Yaponiyanın Tokio şəhərinin Minato rayonunda yerləşən muzey. Muzey Yaponiyada reklamçılığa həsr olunmuş yeganə muzeydir. Tokio Reklam Muzeyi 1 dekabr 2002-ci ildə Yoşida Hideo Memorial Fondu tərəfindən Yoşida Hideonun 100 illik yubileyi münasibətilə yaradılmışdır. 2017-ci ilin dekabrında muzeydə yenidənqurma işləri həyata keçirilmişdir. Ümumi sahəsi 1078,3 m2 olan muzeydəki sərgilər xronoloji ardıcıllıq yerləşdirilmişdir. Muzey Edo dövründə iş adamlarının istifadə etdikləri reklam hiylələrinə həsr olunmuş sərgi ilə başlayır. Burada hikifudalar, nişiki-elər və ebiralar sərgilənir. Sərgidəki məlumatların iddiasına görə həmin dövrdə yaşamış Takatoşi Mitsui dünyanın ilk marketinq dahisi olmuşdur. Muzeydə ümumilikdə təxminən 330 min reklam materialı saxlanılır. Şova dövründə Yaponiyada reklam işi Qərb mədəniyyətinin təsirinə məruz qalmışdır və muzeyin kolleksiyasında həmin dövrə aid "Shiseido", "Calpis" və "Morinaga Milk Caramel" kimi brendlərin reklam məhsulları sərgilənir.
Azərbaycan Xalq Cümhuriyyəti məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya
Azərbaycan Xalq Cümhuriyyəti məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya - Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti üçün məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya. == Yaradılması == 1919-cu il fevralın 11-də Ədliyyə Nazirliyi nəzdində yaradılmışdı. == Strukturu == Komissiyaya ədliyyə naziri (sədr), əkinçilik nazirinin müavini, hüquq məsləhətçisi, ədliyyə nazirliyi dəftərxanasının Azərbaycan Məhkəmə Palatasının böyük sədri və prokroru, palatanın 2 üzvü, palata prokurorunun müavini Dairə Məhkəməsinin prokuroru, 3 vəkil və komissya sədrinin dəvət etdiyi digər şəxslər daxil idi. Komissiya də parlamentin, məhkəmə palatasının üzvləri, nazirliklərin hüquq məsləhətçiləri iştirak edirdilər. == Fəaliyyəti == Komissiyanın cəmi üç iclası keçirilmişdir. İclaslarda mahalında, Quba qəzasında ədalət məhkəməsi ilə yaranmış vəziyyət müzakirə olunmuşdu. Zaqatala mahalı sakinlərinin quraltayı Zaqatala barışıq şöbəsini ləğv etmiş, keçmiş Qafqaz canişini dəftərxanasının hərbi idarəsinə tabe olan xalq məhkəmələri deyilən məhkəmələr də fəaliyyətlərini dayandırmışdı. Qurultayın qərarı şəriət məhkəməsi tətbiq olunmuşdu. Mahalda ədalət məhkəməsi ilə bağlı yaranmış vəziyyəti aydınlaşdırmaq üçün Parlamentin Zaqatala olan deputatları -Aslan bəy Qardaşov, Kiçikxanlı Niyazi və Abdulla əfəndi Əfəndiyev komissiyasının dəvət edilmişdilər. Ətraflı müzakirədən sonra komissiya bütün məsələləri yerində aydmlaşdırmaqdan ötrü nümayəndələr göndərmək barədə qərar qəbul etmişdi.
Ticarət dizaynları və reklam materiallarının idxalının asanlaşdırılmasına dair beynəlxalq Konvensiya
Ticarət dizaynları və reklam materiallarının idxalının asanlaşdırılmasına dair beynəlxalq Konvensiya — 7 noyabr 1952-ci ildə Cenevrədə qəbul edilmişdir. Konvensiyanın tərəfləri rüsumsuz mağazalar əsasında nümunələrin (əhəmiyyətsiz olduqda) və reklam materiallarının (reklam kataloqu, broşura və s.) idxalını təmin etməyi öhdələrinə götürürlər. 1962-ci ildə 8 iyun 1961-ci il tarixli "Sərgilərdə, Yarmarkalarda, Yığıncaqlarda və ya digər bu kimi tədbirlərdə nümayiş etdirilməsi və ya istifadəsi üçün malların gətirilməsinin asanlaşdırılmasına dair Gömrük Konvensiyası" qəbul edildi. Müqavilə əvvəlcə 6 ölkə (Belçika, Almaniya, Yunanıstan, İsveç, Böyük Britaniya, ABŞ) tərəfindən imzalanmışdır, 65 ölkə onun iştirakçısıdır: BM razılaşmalar bazasında sənəd kartı — International Convention to Facilitate the Importation of Commercial Samples and Advertising Material. Geneva, 7 November 1952 (ing.) Certified English and french text of the convention, UN Treaty. (United Nations, Treaty Series, vol. 221, p.